Haqqımızda Reklam
02 
Mar
2021
15:38
20
12
5717

Türkiyəyə işləməyə getmək istəyənlərin nəzərinə...

Türkiyədə müvəqqəti işləmək istəyənlər üçün bu gündən etibarən qeydiyyat yenidən bərpa olunub. 24News.ge xəbər verir ki, Türkiyəyə işləməyə getmək istəyənlər əvvəlki qayda ilə qeydiyyatdan keçməlidirlər. Onlar, Türkiyədən göndərilən iş dəvətnaməsini notaryal qaydada gürcü dilinə tərcümə etdirməli, ardından isə həmin sənədlərlə abroadworkers.moh.gov.ge saytında qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçdikdən sonra sənədlər düzgün olarsa, qeydiyyat zamanı qeyd olunan telefon nömrəsinə 10 gün ərzində sərhəddi keçə bilmələrinə dair vətəndaşlara cavab gələcək. Əgər sənəddə səhvlik varsa, ozaman səhvlik olduğuna dair sizə mesaj gələcək, budan sonra isə sənədində səhv olan şəxs səhvi düzəltdikdən sonra qeydiyyatı davam etdirməlidir. Sözügedən qərara əsasən, bu güzəştdən 1 dəfə istifadə edən vətəndaşlar yenidən istifadə edə biləcəklər. Qeyd edək ki, vətəndaşlara müsbət cavab gəldikdən sonra, onlar şəxsiyyətini təstiq edən sənədlə birlikdə, iş dəvətnaməsinin notaryal qaydada gürcü dilinə tərcümə olunmuş formasını da sərhəd keçid məntəqəsinə təqdim etməlidirlər. Xatırladaq ki, ötən il Türkiyədə 3 aylıq işləməyə getmək üçün vətəndaşlara güzəşt yaradılmışdır, lakin bu güzəştdən hər vətəndaş yalnız 1 dəfə istifadə edə bilirdi.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989