Haqqımızda Reklam
04 
Mar
2021
11:55
15
28
1891

ELAN: Marneulidə yerləşən GAİM icraçı direktor vəzifəsinə müsabiqə elan edir

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi icraçı direktor vəzifəsinə müsabiqə elan edir 24News.ge xəbər verir ki, bu barədə mərkəz şəxsi facebook səhifəsində məlumat paylaşıb. Mərkəzdə icraçı direktor vəzifəsinə tələb olunan kriteriyaları aşağıda təqdim edirik: ● Mərkəzin gündəlik fəaliyyətini təmin etmək və ümumi fəaliyyətə nəzarət həyata keçirmək; ● Mərkəz tərəfindən həyata keçirilən layihələr barədə təkliflər vermək, yeni layihələr hazırlamaq; ● Şəffaflığı və hesabatlığı təmin etmək; ● Edilmiş məlumatları ümumiləşdirmək, sistemləşdirmək, təhlil etmək və yeni təkliflər hazırlamaq; ● Mərkəzin bölmələrinin fəaliyyətini təşkil etmək, yeni təkliflər hazırlamaq; ● İcraçı direktor səlahiyyətlərinə bilavasitə aid olan vəzifələri yerinə yetirmək; ● Mərkəzin iclas və müşavirələrində iştirak etmək, onları protokollaşdırmaq, iclas və müşavirələrin yekunları barədə təkliflər hazırlamaq; ● İş günləri: həftənin 5 günü, saat: 9:00-dan 18:00-dək, istirahət şənbə-bazar günləri; ● Əmək haqqı 550$ başlayaraq (nəqliyyat və digər xərclər ödənilmir). Namizədlərə olan tələblər: ● Gürcüstan vətəndaşı (pasportun surəti); ● Ali təhsil (diplomun surəti); ● İş təcrübəsi: hökümət və ya qeyri-hökümət təşkilatlarında azı 3 il iş təcrübəsi; ● Gürcü və Azərbaycan dilində yazı və danışıq qabiliyyəti (digər dillər də arzu olunandır); ● Kompüter bilikləri (MC Office və s.); ● Müasir tədbirlər (həmçinin onlayn) həyata keçirmək bacarığı; ● Ünsiyyət qurmaq, komandada işləmək qabiliyyəti; ● Təşəbbüskar, məsuliyyətli, qərar qəbul etmə və problemləri həll etmə bacarığı olan, analitik düşüncəli, idarəetmə qabiliyyətli; ● Müvafiq normativ sənədlərin və Gürcüstan qanunvericiliyinin əsaslarını bilməli; ● Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitariya və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməli. Arzu edənlər 2021-ci ilin mart ayının 25-dək CV məlumatlarını və İnteqrasiya Mərkəzinin gələcək fəaliyyətinə dair baxışlarını [email protected] elektron poçt ünvanına göndərməsi xahiş edilir. Qeyd: Müraciət edənlər elektron məktubun mövzu hissəsində “İCRAÇI DİREKTOR” yazmalıdır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989