Haqqımızda Reklam
08 
Mar
2021
15:49
15
9
4963

Qarlı və şaxtalı hava nəvaxtadək davam edəcək?

Gürcüstanda 12 mart tarixinədək hava şəraitinin əsasən qeyri sabit və soyuq keçəcəyi gözlənilir. 24News.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb. Məlumata əsasən, 9 və 10 mart tarixlərində hava yağmursuz keçəcək, 11-12 mart tarixlərində isə yenidən sulu qar və qar yağacağı gözlənilir. Sinoptiklər havanın temperaturunun 9 və 10 mart tarixlərində gündüzlər +8,+10, gecələr isə -2,-4 dərəcə olacağını, martın 11 və 12-si havanın temperaturunun gündüzlər +1, +2 gecələr isə -2,-3 dərəcə olacağını bildirirlər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989