Haqqımızda Reklam
08 
Mar
2021
22:35
8
5
776

Polis din xadimləri və Yeparxiya nümayəndələri arasında baş verən insidentlə bağlı istintaq başladıb

Daxili işlər nazirliyi, bu gün Martvili Yeparxiyasında baş verən isnidentlə bağlı istintaq başladıb. 24News.ge xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. DİN-nin məlumatına əsasən, istintaq cinayət məcəlləsinin 142-ci bəndi əsasında başladılıb. Sözügedən maddə ehtiyyatsızlıqla başqalarının sağlamlığına zərər vurmağı nəzərdə tutur. Xatırladaq ki, bu gün Yeparxiyaya yeni təyin olunmuş mitropolit Stepan tərəfindən iki din xadiminin dini rütbəsinin əlindən alınması zamanı insident yaşanıb. İnsident zamanı Yeparxiyanın binasının ikinci mərtəbəsinin məhəcərinin qırılması nəticəsində 10-dək vətəndaş və media əməkdaşları yerə yıxılaraq xəsarət alıblar.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989