Haqqımızda Reklam
09 
Mar
2021
10:15
28
13
1767

Hacı Hacıyev el-obanın tikdirdiyi məscidlərin hüquqi cəhətdən xalqa qaytarılmasını tələb edib (VİDEO)

"Bildiyiniz kimi İmam Əli (ə) məscidi neçə illərdir ki, öz fəaliyyəti ilə məntəqədə sayılan seçilən məscidlərdən biridir və ən önəmli mərkəzlərdən biri hesab olunur". 24News.ge xəbər verir ki, bu sözləri İmam Əli (ə) məscidinin axundu və İmam Cümə Hacı Hacıyev, məscidlərin İqdisadiyyat Nazirlliyinin balansından çıxarlıması ilə bağlı video açıqlamasında deyib. H. Hacıyev video müraciətində məscidlərin taleyi ilə bağlı son prosesləri şərh edib: "İmam Əli (ə) məscidi insanların yardımına yetişmək üçün nə məshəb nə də din fərqi tanımır. Çox təəssüflər olsun ki, məscid hüquqi cəhətdən əvvəl İqdisadiyyat Nazirliyinin balansına daha sonra Gürcüstan Müsəlmanlar İdarəsinin balansına verilib. Bununla bağlı hökumətə və aydiyyətli qurumlara şikayətlər olub. Biz, məscidi idarə edən şuranın ixtiyarına verilməsini isdəyirik və tələb edirik. Bununla bağlı bir sıra proseslər də oldu, axırıncı proses isə Gürcüstan Müsəlmanlar İdarəsinin (GMİ) nümayəndələri və idarənin rəhbəri Resan Qoqitdze vasitəsi ilə bir görüş oldu, orada bizə müxtəlif suallar ünvanladılar, təbii ki, sualların əsası və mahiyyəti yox idi, formal olan suallardan ibarət idi və onlar bizə dedilər ki, biz sizə yazılı şəkildə öz cavabımızı bildirəcəyik". Hacı Hacıyev tək İmam Əli (ə) məscidinin deyil bütün məscidlərin şurasına təhvil verilməsini də qeyd edib: "Bizim yenə də istəyimiz budur ki, İmam Əli (ə) məscidi və bütün digər məscidlər hər bir məscidin nəzdində mövcud olan şuraya təhvil verilsin. Bizim başqa heç bir tələbimiz yoxdur. Düşünürəm ki, biz bu tələbdə haqlıyıq və neçə ildir məscidin idarəçiliyi bizim və şuranın idarəçiliyindədir və mən özüm 15-16 ildir ki, bu məsciddə məscidin şurası ilə birlikdə fəaliyyət göstərirəm. Bu həm mənim həmdə el-obanın mənəvi və hüquqi haqqıdır. Çünki bu məscidi el-oba tikib", - deyə H. Hacıyev bildirib. Xatırladaq ki, Gürcüstanda bir neçə məscid, Gürcüstanın İqtisadiyyat Nazirliyinin balansına verilib, nazirlik isə öz sırasında həmin məscidləri Gürcüstan Müsəlmanlar İdarəsinin (GMİ) istifadəsinə verib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989