Haqqımızda Reklam
09 
Mar
2021
12:22
21
6
2830

Poniçala (Soğanlıq) qəsəbəsində xüsusi əməliyyat - Saxalanılan var (FOTO)

Poniçala (Soğanlıq) qəsəbəsində hal hazırda xüsusi əməliyyat keçirilir. 24News.ge "Mtavari Arxi" kanalına istinadən xəbər verir ki, 1 nəfər şəxs saxlanılıb və evində axdarış aparılır. Mövcud məlumata əsasən onun üzərində narkotik maddə tapılıb. 42 yaşlı kişi evində narkotik satarkən tutulduğu iddia edilsə də, saxlanılan şəxsin anası oğlunun evinə narkotik yerləşdirildiyini bildirir: "Bilmirəm, oğlum evdən çıxdı, qaraja girdi və arxasıyca iki kişi daxil oldu, daha sonra oğlumun bağırma səsini eşitdim, "narkotik yerləşdirdilər", - deyə saxlanılan şəxsin anası bildirib. Poniçalada, saxlanılan şəxsin evinin girişi lentə alınaraq şəxsin avtomobilində və evində axtarış tədbirləri davam etdirirlir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989