Haqqımızda Reklam
09 
Mar
2021
13:14
6
26
2801

Gürcüstanda ər və arvad arasında qarşıdurma zamanı körpə uşaq dünyasını dəyişib

Kaxeti bölgəsinin Qurcaani bələdiyyəsində 8 aylıq körpə ölüb. 24News.ge xəbər verir ki, ötən gecə baş vermiş hadisəyə uşağın valideynləri arasındakı münaqişə səbəb olub. Yayılan məlumatlara əsasən, kişi həyat yoldaşına fiziki təzyiq göstərib. Nəticədə ananın qucağında olan körpə asfiksiyadan dünyasını dəyişib. Belə ki, ailə münaqişəsi zamanı 1985-ci il təvəllüdlü şəxs 1996-cı il təvəllüdlü həyat yoldaşına fiziki təzyiq göstərib. Nəticədə qadının qucağında saxladığı 2020-ci il təvəllüdlü körpə huşunu itirərək dünyasını dəyişib. Yerli sakinlər həmin ailədə münaqişələrin tez-tez baş verdiyini bildiriblər. Qeyd edək ki, 8 aylıq körpənin ölümünə səbəb olan ata polis tərəfindən saxlanılıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989