Haqqımızda Reklam
09 
Mar
2021
13:36
14
10
5804

Mərkəz rəhbəri komendant saatı ilə bağlı açıqlama verdi...

“Epidemiya vəziyyətini bu çərçivədə saxlasaq, komendant saatının yumşaldılması məsələsi də müzakirə olunacaq”. 24News.ge xəbər verir ki, bu sözləri Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru Amiran Qamqrelidze, Koordinasiya Şurasının iclasından sonra keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, yumşaldılma məsələsi bugünkü iclasda da müzakirə olunub, lakin məqsədəuyğun hesab edilməyib: “Bu məsələ bugünkü iclasda da müzakirə edildi. Bildiyiniz kimi məhdudiyyətlərin eyni anda bu qədər yumşaldılması arzuolunan deyil. Hər bir yumşaldılmadan sonra 1-2 həftə müşahidə etməli və daha sonra təsirlərin azaldılması barədə qərar qəbul etməliyik. Buna görə də komendant saatının yumşaldılması bu gün məqsədəuyğun hesab edilmədi. Epidemiya vəziyyətini bu çərçivədə saxlasaq, komendant saatı məsələsi də müzakirə olunacaq", - deyə Qamqrelidze bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989