Haqqımızda Reklam
09 
Mar
2021
12:46
33
10
1746

Şeyx məscidlərin balansa verilməsi ilə bağlı iddialara aydınlıq gətirdi

"Mən dəfələrlə bu haqda izahat vermişəm. Görünür dəyərli ruhani qardaşım Hacı Hacıyevə düzgün məlumat verməyiblər. O da müəyyən qərəzli insanların təkidi ilə bildiyini dilə gətirib. Düşünürəm ki, bu kimi məsələlərdə ictimaiyyəti yanıltmağa gətirib çıxaran məsələləri ətraflı araşdırmadan danışmaq böyük məsuliyyət tələb edir". Bu sözləri 24News.ge xəbər portalına Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin igidov, ötən gün İmam Əli (ə) adına məscidin axundu Hacı Hacıyevin məscidlərin qəsb olunması ilə bağlı çıxışına münasibət bildirərkən deyib. Şeyx müsahibəsində İqtisadiyyat nazirliyinin balansında olan məscidlərin heç birinin Gürcüstan Müsəlmanları İdarəsinin balansına verilmədiyini bildirib: "Dəfələrlə müsahibələrdə də qeyd etmişəm ki, İmam Əli (ə) məsidi kimi İqtisadiyyat və Dayanıqlı İnkişaf nazirliyinin balansında olan məscidlərin heç biri, (şəkil 1.) Gürcüstan Müsəlmanları İdarəsinin balansına verilməyib. Gürcüstan mülkü məcəlləsinə görə dini təmayüllü məkanlar tarixi miraslar və eksponatlar kimi dövriyyədən dayanan mülk hesab olunur. Belə mülkləri başqasına satmaq, hədiyyə etmək və dəyişmək qanunla mümkün deyil. Bu haqda maraqlanan hər kəsin ölkə qanunu ilə tanış olmalarını tövsiyə edirəm". R. İgidov məscidlərin GMİ-nın sərancamına verilməsi məsələsinə də aydınlıq gətirib: "Qaldı məscidin Gürcüstan Müsəlmanları idarəsinin sərəncamında olması məsələsinə. Başa düşmədim burada qəbahətli nə var ki? Maraqlıdır başqa bir iddialı təşkilat ki, heç bölgələr, məzhəblər və ruhanilər tərəfindən belə qəbul olunmur, onun sərəncamına verilsəydi o zaman da etiraz edərdilərmi? Məncə yox! Hər halda bir daha deyirəm sözügedən məscidin məsciddəki şuranın sərəncamına verilməsinin əleyhinə deyiləm. Ancaq onu da unutmamalıyıq ki, bu gün bir şura var sabah ola bilsin o şuranın yerinə başqa şura olsun. Hər kim olursa olsun məscid heç kimin mülkü deyil Allah evidir, hər zaman xalqın ibadəti üçün açıq olub, belə də qalacaq". Ramin İgidov həmçinin Gürcüstan Müsəlmanları idarəsinin rəhbəri məsələsi ilə bağlı iddialara da cavab verib: "İdarənin rəhbərlik məsələsini də bildikləri halda qərəz üzündən çeynənilmiş sözləri təkrarlamaq nəyə lazım? İdarənin nizamnaməsi ilə tanış olanlar və idarədə iş sisteminin necə getdiyini yaxından görənlər bilirlər ki, icraçı direktor Resan Qoqitidzenin səlahiyyəti nədir? Həm sənəd baxımından Nizamnamədə də qeyd olunduğu kimi, (şəkil 2.) o dini məsələlərə müdaxilə etmir və öz məhdud məsuliyyəti çərçivəsində fəaliyyət göstərir. Dini təmsil etmir və bütün dini işlərdə din rəhbərliklərinin qərarlarını icra edir. İdarənin işləri ilə yaxından tanış olan ruhanilər də bilirlər ki, ölkə daxili və xaricində dini təmsil edən, ruhanilərin təyinində qərar verən və bir sözlə dövlət tərəfindən ayrılan vəsaitin xərclənmə sahəsini müəyyən edən dini şura üzvləri ilə birgə din rəhbəri həyata keçirir. Məhkəmədə və ya hər hansı bir yerdə İdarənin əməkdaşlarının çoxu nümayəndə ola bilər, müəyyən qərar verilən məsələlərdə təmsil edə bilər", - deyə H. Ramin İgidov bildirib. Xatırladaq ki, ötən gün İmam Əli (ə) məscidinin axundu və İmam Cümə Hacı Hacıyev, məscidlərin İqdisadiyyat Nazirlliyinin balansından çıxarılaraq məscidin şurasının tabeçiliyinə verilməsini tələb edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989