Haqqımızda Reklam
09 
Mar
2021
14:20
16
6
2966

Nazir Gürcüstanda enerji qiymətləri ilə bağlı ciddi açıqlama verdi

“Gürcüstan elektrik enerjisinin idxalından çox asılı olarsa, bu, ölkə iqtisadiyyatı üçün təhlükə yarada bilər”. 24News.ge xəbər verir ki, bunu ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava parlamentin komitə iclasında deyib. "İdxaldan ciddi asılılıq o deməkdir ki, Gürcüstan qonşu ölkələrin iradəsindən asılı olacaq. Məsələn, əhali və yerli istehlakçılar üçün elektrik enerjisi üçün eyni qiymətlər bizim qərarlardan deyil, qonşu ölkələrdəki iqtisadi vəziyyət və onların aparacağı energetika siyasətindən asılı olacaq”, - deyə nazir bildirib. Qeyd edək ki, bu gün Natia Turnavanın iştirakı ilə qanunverici orqanın İqtisadi siyasət və Ətraf mühitin mühafizəsi və təbii resurslar komitələrinin birgə iclası keçirilir. İclasda Namaxvani SES-in inşası layihəsi ilə bağlı məsələ müzakirə olunur. Xatırladaq ki, Namaxvani SES-in inşası layihəsi ilə bağlı ciddi gərginlik yaşanır. Belə ki, yerli sakinlər və ekoloqlar obyektin inşasına etiraz edirlər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989