Haqqımızda Reklam
07 
Apr
2021
10:29
35
13
37791

Aprelin 15-də Gürcüstanda sərt karantin rejimi tətbiq olunacaqmı sualına aydınlıq gətirildi

Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamqrelidze, 15 aprel tarixində ölkənin ciddi karantin rejiminə alınacağı barədə yayılan məlumatları təkzib edib. 24News.ge xəbər verir ki, bu barədə Qamqrelidze jurnalistlərin sualını cavablandırıb. Jurnalistin, “15 aprel tarixində sərt karantin rejimi olacağı məlumatı düzgündürmü” sualına Qamqrelidze, məlumatın yalan olduğunu və ölkənin sərt karantinə alınmasının planlaşdırılmadığını deyib: “15 aprel tarixində ciddi karantin olacağı barədə məlumat haradan yayıldığını bilmirəm. Ümumiyyətlə ölkənin sərt karantinə alınmasından söhbət belə getmir, hazırda söhbət yalnız epidemiya vəziyyətinin əlverişsiz olduğuna və ölkədə epidemiyanın pisləşdiyinə dayir xalqa məlumat verməkdən gedir. Buna görə hamımız bu gün tətbiq olunan tövsiyələrə və məhdudiyyətlərə riayət etməliyik”, - deyə Qamqrelidze bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989