Haqqımızda Reklam
08 
Apr
2021
17:18
15
8
2626

Algeti kəndində müəllimlərə etiraz əlaməti olaraq məktəbdən bir neçə jurnal oğurlanıb?

Algeti iki nömrəli məktəbin bir neçə qiymətləndirmə jurnalı oğurlanıb. Bu barədə 24News.ge xəbər portalına etibarlı mənbələrdən məlumat verilib. Məlumata əsasən, məktəbdə qiymətlər üzrə şagirdlərin mükafatlandırılması planlaşdırılıb, lakin anidən bir neçə sinifin jurnalı oğurlanıb. Etibarlı mənbə, məktəb rəhbərliyinin mükafat alması üçün öz yaxınları olan şagirdlərə ədalətsiz şəkildə yüksək qiymət yazdırdığını deyərək, jurnalların da elə bu səbəbdən oğurlandığını iddia edib. Hadisəylə bağlı məktəbin direktoru Azadə Muradova ilə əlaqə saxladıq və bu barədə açıqlama verməsini xahiş etdik. O belə bir hadisənin baş verməsi məlumatını nə inkar, nə də təstiq etdi, əvəzində isə “mən heç bir məlumat vermək istəmirəm” cavabını verərək telefonu söndürdü.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989