Haqqımızda Reklam
11 
Apr
2021
21:48
9
12
12259

Marneuli rayonunun Aşağı Saral kəndində bıçaqlanma hadisəsi baş verib

Bu gün günün ikinci yarısında Marneuli rayonunun Aşağı Saral kəndində bıçaqlanma hadisəsi baş verib. 24News.ge xəbər portalına verilən məlumata görə, 26 yaşlarında olan gənc, 22 yaşlarında olan digər bir gəncə yüngül bıçaq xəsarətləri yetirib. Şahidlərin sözlərinə görə, onlar ilk öncə toy mərasimində yeyib-içiblər və mərasimdən çıxdıqdan sonra onlar mübahisə ediblər. Gənclərin arasında yaranan mübahisə daha sonra bıçaqlanma hadisəsi ilə nəticələnib. Sözügedən hadisə yerinə polis cəlb olunub, faktla bağlı araşdırma başlayıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989