Haqqımızda Reklam


12 
Apr
2021
09:11
27
6
3788

Ramazan ayının təqvimi açıqlandı

Gürcüstan Müsəlmanları İdarəsi Ramazan ayının təqvimini açıqlayıb. 24News.ge xəbər verir ki, təqvimə əsasən aprelin 13-ü niyyət axşamı 14-ü isə Ramazan ayı başlayır. Ramazan təqviminə əsasən, ilk Əhya gecəsi mayın 1-nə, ikinci Əhya gecəsi mayın 3-nə, üçüncü Əhya gecəsi mayın 5-nə, sonuncu Əhya gecəsi isə mayın 9-na təsadüf edəcək. Qeyd edək ki, Fitr (Ramazan) bayramının 13 may tarixinə düşəcəyi ehtimal edilir, lakin daha dəqiq Şəvval ayının görünməsi ilə təyin olunacaq.

www.24news.ge