Haqqımızda Reklam
13 
Apr
2021
15:51
15
18
2945

Hakim həbsdə olan Nika Melia ilə bağlı qərar verdi

5 saat davam edən məhkəmə prosesində "VMH" lideri Nika Melianın həbsdə saxlanılması ilə bağlı qərar verilib. 24News.ge xəbər verir ki, bu barədə qərarı hakim Nino Çaxnaşvili verib. Hakim N. Çaxnaşvili, prokurorluğun Nika Melianın həbsdə saxlanılması tələbini təmin edib. Qeyd edək ki, Prokurorluq Nika Melia barəsində təyin olunan girovun ödənilməsi qarşılığında, onun azadlığa buraxılması ilə bağlı yenidən məhkəməyə müraciət oluna biləcəyini açıqlayıb. Xatırladaq ki, N.Meliya 2019-cu ilin iyunun 21-nə keçən gecə Tbilisidə parlamentin binası qarşısında keçirilmiş kütləvi etiraz aksiyası zamanı qrup halında zorakılıq törətməkdə ittiham olunur. Günahı sübuta yetirilərsə, onu 6 ildən 9 ilədək həbs gözləyir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989