Haqqımızda Reklam
13 
Apr
2021
16:22
30
3
1513

Həbsdə olan Nika Melia müxalifətə səsləndi: "Azadlığım qarşılığında güzəştə getməyin”

“Bütün dostlara və müxalifət yoldaşlarına müraciət edirəm ki, heç kim məni təhqir edərək azadlığım qarşılığında güzəştə getməsin”. 24News.ge xəbər verir ki, bu sözləri "Vahid Milli Hərəkat" partiyasının rəhbəri Nika Melia, bu gün keçirilən məhkəmə zamanı müxalifətə müraciət edərkən deyib. Onun sözlərinə görə, heç kim Meliyanı əsirlikdən azad etmək üçün cinayətkarlara göz yummasın: “Bütün dostlara və müxalifət yoldaşlarıma müraciət edirəm ki, heç kim məni təhqir edərək azadlığım qarşılığında güzəştə getməsin. Xahiş edirəm, Meliyanı əsirlikdən azad edək və əvəzində 20 iyun cinayətkarlarını əfv edək deməyə heç kim cəhd göstərməsin. Həbsxananın dəmir qapısını necə açdılar və məni içəri saldılarsa, elə də açaraq məni azad etməlidirlər və güzəşt mənim azadlığımın hesabına olmamalıdır!”, - deyə N. Melia qeyd edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989