Haqqımızda Reklam
13 
Apr
2021
16:44
22
7
4001

Saqareco bələdiyyəsində itkin düşən gənc qız Marneulidə tapıldı

Saqareco bələdiyyəsinin Ləmbəli kəndində iki gün öncə itkin düşən 18 yaşlı N. İsayeva tapılıb. 24News.ge xəbər verir ki, bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb. N.İsayevanın Marneulidə olduğu və sevdiyi gəncə ərə getdiyi bildirilib. Qeyd edək ki, N. İsayeva ailəsinin təkidi ilə 6 ay bundan öncə digər bir gənclə nişanlandığı və yaxın günlərdə onların toylarının olacağı bildirilir. Gən qız nişanlısını sevmədiyi və onunla ailə həyatı qurmamaq üçün evdən qaçdığı məlum olub. Xatırladaq ki, 12 aprel tarixində Saqareco (Qaraçöp) Bələdiyyəsinin Ləmbəli kəndində yaşayan 18 yaşlı N. İsayeva, xəbər etmədən evdən qaçıb, ailəsi isə 3 gündür onu axtarırdı.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989