Haqqımızda Reklam
02 
May
2021
22:33
26
9
7116

3 may tarixindən hansı məhdudiyyətlər qüvvəyə minir sualına cavab...

Mayın 3-dən 12-dək ölkə daxilində ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. 24News.ge xəbər verir ki, bu barədə Koordinasiya şurası qərar verib. Şuranın qərarına əsasən, 3-12 may tarixlərində şəhər daxili ictimai nəqliyyatın fəaliyyəti dayandırılır, lakin şəhərlərarası ictimai nəqliyyatın hərəkəti dayandırılmır. Bu tarixlərdə şəxsi avtomobillərlə hərəkətə heç bir məhdudiyyət tətbiq olunmur. Qeyd edək ki, 3-12 may tarixlərində taksilər də öz fəaliyyətlərini davam etdirə bilərlər. Bununla yanaşı 2-4 may tarixlərində Qəbiristanlıqlara giriş qadağan edilib. Qadağa yalnız dəfin mərasimlərinə şamil edilmir. Gürcüstanda həmçinin 4-11 may tarixlərində tətil elan olunub. Qeyri-iş günləri əsasən fəaliyyəti vacib olmayan dövlət müəssisələrinə şamil olunacaq. Qeyd edək ki, hökumətin bu qərarına əsasən, 4-11 may tarixlərində bazarlar və şəhərlərarası ictimai nəqliyyatın fəaliyyəti dayandırılmayacaq.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989