Haqqımızda Reklam
10 
May
2021
13:22
18
7
2838

Hökumət uzun müddət əkib-becərilən torpaqlarla bağlı qərar verdi...

"İllərdir torpaqları əkən vətəndaşlar, həmin torpaq sahələrini birbaşa qaydada, bazar qiymətinə satın alaraq özəlləşdirə biləcəklər". 24News.ge xəbər verir ki, bu sözləri İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava, hökumətin bu günkü iclasından sonra keçirilən brifinq zamanı deyib. Onun sözlərinə görə, həmin şəxslər torpaq sahələrini 25% endirimlə əldə edə biləcəklər: "İllərdir torpaqları əkən icarəçilər, həmin torpaq sahələrini birbaşa qaydada, bazar qiymətinə satın alaraq özəlləşdirə biləcəklər. Onlar bu torpaqları müvafiq müəssisələrin təyin etdiyi bazar qiymətindən 25% endirimlə əldə edəcəklər. Bu əsasən külli miqdarda torpaq sahəsi olmayan fermerlərə şamil olunacaq. Həmin vətəndaşlar bir neçə ildir ki, icarəyə götürdükləri torpaq sahələrini satın alaraq özəlləşdirə biləcəklər. Gürcüstan üzrə bu cür 2000-dək icarəçi vardır, onların hər biri bu təklifdən yararlana biləcəklər",-deyə Turnava bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989