Haqqımızda Reklam
11 
May
2021
14:32
6
18
8060

Gürcüstanda ağır avtomobil qəzası - Ölənlər var (FOTO)

Tbilisi-Batumi avtomagistralının Kutaisi hissəsində iki nəfərin ölümü ilə nəticələnən ağır avtomobil qəzası baş verib. Bu barədə 24News.ge xəbər portalına hadisə şahidləri məlumat verib. Məlumata görə, sürətlə hərəkət edən "Toyota Prado" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yolun kənarında tikinti işlərini həyata keçirən ekskavatora çırpılıb. Hadisə zamanı "Toyota Prado" avtomobilinin sürücüsü və avtomobildə olan digər sərnişin yerindəcə həyatlarını itiriblər. Hazırda hadisə yerinə ekspert-kriminalistlər cəlb olunub, faktla bağlı araşdırma başlayıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989