Haqqımızda Reklam
11 
May
2021
15:02
32
7
3928

Saakaşvilidən daha bir açıqlama: "Önümüzdəki aylarda Gürcüstanda..."

"Önümüzdəki aylarda Gürcüstanda baş verəcək bütün hadisələrdə iştirak edəcəm". 24News.ge xəbər verir ki, Gürcüstanın eks prezidenti bu barədə "Dojd" verlişinə açıqlama verib. Saakaşvili həbs olunmaqdan və repressiyalardan qoruxmadığını deyib: "Həbs olunmaqdan və repressiyalarından qorxmuram. Cəsarətləri yoxdur, amma məni tutmaq istəsələr, Navalnı kimi tutacaqlar. Mən həbs olunmaqdan qorxmuram, çünkü super uğurlu olan və islahatları haqqında hələ də danışılan ölkə (Gürcüstan) itirilmək üzrədir. Ölkəmizə birdən-birə orta əsr oliqarxiyası gəldi və bu çox utancvericidir. Bu vəziyyətə görə mən utanıram. Mənim şəxsi təhlükəsizliyim və azadlığım ikinci dərəcəlidır. Heç kim onlardan qorxmur, mən bu yolu artıq keçmişəm. Poroşenko da Ukraynada məni həbsə atmışdı, amma indi baxın Poroşenko haradadır, mən haradayam? Məni həbs etdilər, qovdular, döyürdülər, hətta boğurdular da, amma heçnə əldə edə bilmədilər. Onlar pula acdılar və pulları olduğu üçün hər şey edə bildiklərini düşünürlər. Bəli, bizim milyonlarlaımız və milyardlarımız yoxdur, ancaq ciddi bir islahatlar mirasımız var", - deyə M. Saakaşvili bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989