Haqqımızda Reklam
11 
May
2021
15:30
14
15
3030

Mərkəz rəhbəri quru sərhədlərin açılması məsələsinə münasibət bildirdi

“Gürcüstanın quru sərhədlərinin açılması məsələsi mütəxəssislər səviyyəsində müzakirə olunur”. 24News.ge xəbər verir ki, bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze deyib. O, bu məsələnin Dövlət Qurumlarıarası Koordinasiya Şurasının iclasında nəzərdən keçiriləcəyini istisna etməyib: "Sərhədlərin açılması məsələsi bir neçə dəfə müzakirə olunub, lakin hələ qərar verilməyib. Amma bu məsələ Koordinasiya Şurasının iclasında yenə də müzakirə olunacaq. Qərarın nə vaxt veriləcəyi barəsində hələ heç nə deyə bilmərəm, lakin əlbətdə ki, bu məsələ gündəmə gətiriləcək. Quru sərhədlər vasitəsilə ölkəyə daxil olanlar həmişə daha çox olur, xüsusilə də bizə sərhəd olan ölkələrdən daha çox insan gəlir. Buna görə də epidemiya vəziyyəti necə ki, bizdə, eləcə də ətrafımızda olan ölkələrdə nəzərə alınmalıdır. Hərşeyi anidən açmaq təhlükəli ola bilər", - deyə Qamqrelidze bildirib. Xatırladaq ki, bu yaxınlarda ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava vaksinasiyanın geniş vüsət alacağı təqdirdə sərhədlərin açılacağını bildirib. O, quru sərhədlərdə hava sərhədində tətbiq olunan qaydalardan istifadə ediləcəyini qeyd edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989