Haqqımızda Reklam
11 
May
2021
15:48
20
4
1195

Tbilisidə Azərbaycanın kişi voleybolçuları Gürcüstan milli komandasını məğlub edib (FOTO)

Tbilisidə Azərbaycan və Gürcüstanın kişi voleybolçulardan ibarət milli komandaları arasında yoldaşlıq görüşü keçirilib. 24News.ge xəbər verir ki, görüş Gürcüstanda Azərbaycanın ulu öndəri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan tədbirlər çərçivəsində təşkil edilib. Qarşılaşmanı Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirlik əməkdaşları və hər iki ölkənin federasiya nümayəndələri izləyiblər. Yoldaşlıq görüşü 3:0 hesabı ilə Azərbaycanın xeyrinə nəticələnib. Yekunda komanda kapitanlarına kuboklar, üzvlərinə isə sertifikatlar təqdim olunub. Qeyd edək ki, Azərbaycan millisi Gürcüstanda 2021-ci il Avropa çempionatının seçmə mərhələsində oyunlar keçirib. Komanda Gürcüstanla qarşılaşmada 3:0 hesabı ilə qalib gəlib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989