Haqqımızda Reklam
11 
May
2021
17:20
18
1
5069

Səfir: "Soydaşlarmızın idman sahəsində aktivliyinin artırılması üçün cənab prezidentin xüsusi tapşırıqları var"

"Gürcüstanda yaşayan soydaşlarmızın idman sahəsində aktivliyinin artırılması üçün, cənab prezident İlham Əliyevin xüsusi tapşırıqları var". Bu sözləri Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, 24News.ge xəbər portalına baş tutan idman yarışları ilə bağlı eksklüziv müsahibəsində deyib. Səfir bu kimi idman tədbirlərinin iki ölkə arasında çox mühüm olduğunu bildirib: "Bildiyiniz kimi artıq iki gündür Gürcüstanda bir sıra idman tədbirləri həyata keçirilir. Baş tutan tədbirlər ulu öndərin ad gününə həsr edilmişdir. Marneulidə güləş üzrə turnir, Tbilisidə şahmat turniri və eyni zamanda Tbilisidə voleybol üzrə Azərbaycan və Gürcüstan milliləri arasında dostluq görüşü baş tutdu. Bilirsiniz ki, ulu öndər daima idmana diqqət və qayğı göstərib, bu gün də həmin diqqət və qayğı ölkə başçısı cənab İlham Əliyev tərəfindən davam etdirilir. Bu bizim ölkəmizin əsas istiqamətlərindən biridir və Gürcüstanda yaşayan soydaşlarmızın idman sahəsində aktivliyinin artırılması üçün cənab prezidentin xüsusi tapşırıqları var və bunun bariz nümunəsi onun göstərişi ilə Marneulidə ''Ata Holding' idman mərkəzinin tikilib istifadəyə verilməsidir. Bu günədək Azərbaycan bir çox mötəbər idman yarışlarına ev sahibliyi edib və ümid edirəm ki, Azərbaycanın iştirakı ilə Gürcüstanda keçirilən idman yarışlarında burada yaşayan soydaşlarımız aktiv şəkildə iştirak edəcəklər. İki gün baş tutan bu idman yarışları da bunun bariz nümunəsidir”, - deyə Səfir F. Quliyev bildirib. Xatırladaq ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan -Marneulidə güləş üzrə turnir, Tbilisidə şahmat turniri və eyni zamanda voleybol üzrə Azərbaycan və Gürcüstan milliləri arasında dostluq görüşü baş tutub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989