Haqqımızda Reklam


11 
May
2021
19:13
18
9
653

Daha iki mer müavini istefa edərək Giorgi Qaxarianın komandasına qoşuldu

Poti və Martvili merlərinin müavinləri vəzifələrindən istefa edərək Giorgi Qaxarianın komandasına qoşulublar. 24News.ge xəbər verir ki, onlar bu barədə keçirdikləri brifinq zamanı bildiriblər. Onların sözlərinə görə, vəzifələrindən istefa vermələrini "Gürcü Arzusu" partiyası tələb edib və buna səbəb onların Qaxarianın tərəfini tutmaları olub: "Səhər cənab mer Qoça Qurdğelia ilə görüşdüm, o hökumətin və partiyanın təlimatı ilə istefa etməyimizi tələb etdiyini bildirdi. Biz cənab Giorgi Qaxaria ilə həmfikirik və onun komanda yoldaşlarıyıq, buna görə də istefa tələbinin əsas səbəbi və motivi bu idi. Biz də bu qərarı çox asanlıqla verdik. Gələcəkdə cənab Qaxarianın komandasında mütləq çox yaxşı işlər görəcəyik", - deyə Poti merinin keçmiş müavini Kostantine Topuria bildirib. Xatırladaq ki, bu gün Qorinin 2 mer müavini də istefa edərək Giorgi Qaxarianın komandasına qoşulduqlarını açıqlayıblar.

www.24news.ge