Haqqımızda Reklam
17 
May
2021
13:40
35
12
4334

Dmanisiyə əlavə polis və xüsusi təyinatlı qüvvələr cəlb edildi

Bu dəqiqələrdə Dmanisi rayon mərkəzindəki vəziyyəti nəzarətə almaq məqsədilə əlavə polis və xüsusi təyinatlı qüvvələr cəlb edilib. 24News.gə xəbər portalı hadisə yerindən xəbər verir ki, hazırda Dmanisidə vəziyyət stabildir. Səhər saatlarında rayon mərkəzində etnik azərbaycanlı icması və svan əsilli ekomiqrantlar arasında fiziki qarşıdurmalar yaşanıb. Yerli azərbaycanlı icması dünən baş vermiş hücumun iştirakçılarının sərt şəkildə cəzalandırılmasını tələb edir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989