Haqqımızda Reklam
10 
Iyn
2021
20:07
17
2
1718

“Söz Xəzinəmiz Musiqi Sərvətimiz" verilişi yeni formatda tamaşaçıların görüşünə gəlir...

2018-ci ildən öz fəaliyyətinə başlayan "Lider Media" təşkilatı və onun nəzdində fəaliyyət göstərən 24News.ge xəbər portalı həmçinin 24News Tv internet kanalı regionda bir sıra yeniliklərə imza atıb. Bölgədə yeni formatda ölkədə və dünyada baş verən ən mühüm xəbərləri çatdıran və çox sayda tamaşaçının sevərək bu gün də izlədiyi "Xəbər Vaxtı" informasiya buraxılışı, cəmiyyəti maraqlandıran mövzuların müzakirəsinin baş tutduğu "Sərbəst Müzakirə" verilişi, təhsil sahəsində mövcud problemlərin müzakirəsini reallaşdıran "Elm və Təhsil" verilişi və artıq iki ildir Gürcüstanda yaşayan azərbaycanlıların milli mədəniyyətinin yaşadılması və təbliği yöndündə hazırlanan “Söz Xəzinəmiz Musiqi Sərvətimiz" tamaşaçılarımız tərəfindən sevilərək izlənilir. Bütün bu layihələr çox çətinliklə başa gəlsə də, artıq 24News.ge kollektivi “Söz Xəzinəmiz Musiqi Sərvətimiz” verilişini tamaşaçıların qarşısına daha geniş studiyada və daha maraqlı formatda təqdim edəcək. Sözügedən veriliş iki illik müddətdə tamaşaçıların hüzuruna, ziyalı müəllim və “Bolnisi Azərbaycanlılarının Mədəniyyət Mərkəzi”nin rəhbəri Əlixan Yəhyaoğlunun təqdimatında, müxtəlif qonaqların işdirakı ilə sizlərin görüşünə gəlib, bundan sonra isə “Söz Xəzinəmiz Musiqi Sərvətimiz” aşıq Nərgilə Mehtiyevanın təqdimatında sizlərin görüşünə gələcək. Qeyd edək ki, verilişin ilk sayı 13 iyun tarixində axşam saat 20:00-da xəbər portalımızın rəsmi saytında tamaşaçılara təqdim olunacaq.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989