Haqqımızda Reklam
12 
Iyn
2021
11:07
16
4
9831

Tbilisi şəhər məhkəməsi 13 nəfər "qanuni oğru" ilə bağlı qərar verdi

Tbilisidə "oğru dünyasına" üzv olmaq ittihamı ilə saxlanılan 13 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. 24News.ge xəbər verir ki, bu barədə yerli medialar məlumat yayıb. Məlumata əsasən, məhkəmə zamanı dövlət ittihamçısı, həbs olunanların barəsində həbs qətimkan tədbirini, vəkillər isə tutulan şəxsin sərbəst buraxılmasını tələb edib. Xatırladaq ki, Daxili İşlər Nazirliyi 10 iyun tarixində geniş miqyaslı xüsusi əməliyyat nəticəsində "oğru dünyası" ilə əlaqəli olan 13 nəfər saxlayıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989