Haqqımızda Reklam
14 
Iyn
2021
16:20
8
1
717

İsraildə keçmiş baş nazir işlərini xələfinə təhvil verib

İsrailin yeni baş naziri Naftali Bennetlə keçmiş baş nazir Binyamin Netanyahu arasında görüş olub. 24News.ge “newsru.co”ya istinadən xəbər verir ki, görüş hökumətin dəftərxanasında keçirilib. Bildirilib ki, görüş zamanı Binyamin Netanyahu hökumət işlərini xələfinə təhvil verib. Qeyd edək ki, iyunun 13-də İsrail prezidenti Reuven Rivlin Naftali Bennetin başçılıq etdiyi yeni Nazirlər Kabinetinin tərkibini təsdiqləyib. 12 il hökumətə başçılıq etmiş Binyamin Netaniyahu isə müxalifətdə olacaq.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989