Haqqımızda Reklam
14 
Iyn
2021
16:40
6
19
3025

Marneuli-Sadaxlı avtomagistralında ağır avtomobil qəzası - Yaralılar var (FOTO)

Bu gün günorta saatlarında Marneuli-Sadaxlı avtomagistralında ağır avtomobil qəzası baş verib. 24News.ge xəbər portalına şahidlərin verdiyi məlumata əsasən, qəza hadisəsi Şulaver kəndində yerləşən Elektrik Stansiyası qarşısında baş verib. Məlumata əsasən, qəza, "Opel Vectira" və "Opel Zafira" markalı avtomobillərinin toqquşması nəticəsində baş verib. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü xəsarət alıb. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. Hadisə yerinə yanğınsöndürən və polis ekipajı səfərbər olunub, faktla bağlı araşdırma aparılır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989