Haqqımızda Reklam
14 
Iyn
2021
17:09
16
7
1132

Səfir Faiq Quliyev Gürcüstan Müsəlmanlar İdarəsinin rəhbərləri ilə görüşüb (FOTO)

Bu gün, Azərbaycan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Gürcüstan Müsəlmanları İdarəsinin dini rəhbərləri ilə görüş keçirib. 24News.ge xəbər verir ki, səfirliyin binasında keçirilən görüşdə idarənin Şərqi və qərbi Gürcüstan üzrə müftiləri Etibar Eminov və Adam Şantadze həmçinin sözügedən idarənin şeyxi Hacı Ramin İgodov iştirak ediblər. Baş tutan görüşdə Gürüstanda İslamın və müsəlmanların dini vəziyyəti müzkirə olunub və tərəflər gələcəkdə qonşu və qardaş ölkələr arasında dini sahədə əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar. Görüşdə iki qonşu, qardaş və strateji müttəfiq ölkənin hər sahədə olduğu kimi dini sahədə də əməkdaşlığının önəmi vurğulanıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989