Haqqımızda Reklam
14 
Iyn
2021
19:14
15
6
1302

Qaribaşvilidən açıqlama: “NATO-ya üzvlüyə hazırlaşırıq”

"Biz alyansa üzv olmaq üçün hazırlaşırıq və buna görə də NATO ilə tərəfdaşlığımızı daha da dərinləşdirməyə hazırıq". 24News.ge xəbər verir ki, bu sözləri Gürcüstanın baş naziri İrakli Qaribaşvili Brüssel forumunda çıxışında deyib. Qaribaşvili çıxışında qeyd edib ki, Gürcüstan NATO-ya üzvülüyə hazırlaşır. Hökumət başçısı qeyd edib ki, yalnız Gürcüstan deyil, region, Avropa və digər ölkələr yeni təhlükəsizlik təhdidləri ilə üzləşirlər və özlərinə müdafiə üçün vasitələr axtarırlar: "Biz alyansın 'açıq qapı' siyasətinin yeninlənməsi məsələsini alqışlayırıq. Ümid edirik ki, alyansın açıq qapı siyasəti gələcəkdə də davam etdiriləcək. İllərdir ki, şimali atlantika alyansı aktiv şəkildə investisiyalar həyata keçirərək, Gürcüstanın davamlı inkişafında iştirak edir. Aspirant ölkə olaraq, alyansın gündəm məsələləri bizim üçün daha da önəmlidir. Çünkü biz NATO-ya üzv olmaq üçün hazırlaşırıq. Məlum məsələdir ki, dünyada gedən müasir hibrid müharibə vahid dəstək və əməkdaşlığımızın gücləndirilməsinin vacibliyini ortaya qoyur. Gürcüstan çətin dövrlərdə inanılmaz dayanıqlıq nümayiş etdirdi. Demokratik institutların möhkəmləndirilməsi, iqtisadi inkişaf və modernləşdirilməyə dəstək xarici təhdidlərə daha dayanıqlı olmağımız üçün göstərdiyimiz ən vacib səylərimizdəndir”, - deyə İ. Qaribaşvili öz çıxışında qeyd edib. Qeyd edək ki, bu gün Brüsseldə NATO-nun sayca 31-ci zirvə görüşü baş tutur.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989