Haqqımızda Reklam
14 
Iyn
2021
21:37
17
4
837

Türkiyə və ABŞ prezidentləri arasında görüş baş tutub

Belçikanın paytaxtı Brüsseldə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ dövlət başçısı Co Bayden arasında görüş başa çatıb. 24News.ge xəbər verir ki, görüşdə Türkiyə-ABŞ münasibətləri, o cümlədən ikitərəfli əlaqələr müzakirə edilib. Görüşlə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat konfransı keçirəcəyi gözlənilir. Qeyd edək ki, görüş NATO-ya üzv ölkələrin liderlərinin zirvə toplantısı çərçivəsində keçirilib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989