Haqqımızda Reklam
17 
Iyl
2021
11:31
27
14
3990

Baş nazir əhaliyə müraciət etdi: "Məhdudiyyətlər sözünü bir daha təkrarlamaq istəmirəm"

"Vətəndaşları və biznesi narahat edən məhdudiyyətlər sözünü bir daha təkrarlamaq istəmirəm, çünkü ölkəmiz buna tab gətirə bilməyəcək". 24News.ge xəbər verir ki, bu sözləri Baş nazir İrakli Qaribaşvili, əhaliyə müraciət edərkən deyib. Qaribaşvili ölkə üzrə uşaqlarda yoluxma hallarının artımı qeydə alındığını deyərək, əhalidən vətəndaş məsuliyyəti göstərmələrini xahiş edib: "Son vaxtlar uşaqlarda yoluxma hallarının artımı qeydə alınır. Bir valideyn olaraq əhaliyə vətəndaş məsuliyyəti göstərmələrini xahiş edirəm. Başladığımız genişmiqyaslı aşılamanı təklif etməkdən başqa bir təsir yolumuz yoxdur. Dünən rekord sayda, 10 min vətəndaşı peyvənd etdik, lakin bu kifayət deyil, peyvənd sayını gündə ən az 20-30 minə qədər yüksəltməliyik. Vətəndaşları və biznesi narahat edən məhdudiyyətlər sözünü bir daha təkrarlamaq istəmirəm, çünkü ölkəmiz buna tab gətirə bilməyəcək. Hər kəsdən, özəl sektordan və hər bir vətəndaşdan hökumətin dəstəyə ehtiyacı olduğunu anlamalarını istəyirəm. Genişmiqyaslı aşılamanı uğurla başa çatdırmaq üçün birlikdə çalışmalıyıq", - deyə İ. Qaribaşvili bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989