Haqqımızda Reklam
21 
Iyl
2021
12:41
44
5
1927

Marneulidə izdihamlı bayram namazı qılındı (FOTO)

Dünyanın bir sıra yerlərində olduğu kimi, Gürcüstanda yaşayan müsəlmanlarda müqəddəs Qurban bayramını qeyd edirlər. 24News.ge xəbər verir ki, bu gün 21 iyul tarixində Marneuli rayonunda yerləşən Hz.İmam Əli (ə) məscidində səhər saat 09:00-da Qurban bayramı namazı qılınıb. Məscidin axundu İmam Cümə Hacı Hacıyev, namazdan əvvəl ölkədə yaşayan müsəlmanları və İslam dünyasını Qurban bayramı münasibətilə təbrik edib və onlar üçün dualar edib. Daha sonra H.Hacıyev, Qurban bayramında müsəlmanları şəfqətli və mərhəmətli olmağa çağıraraq, bu bayramın mahiyyəti və fəlsəfəsi barədə danışıb. Hacı Hacıyev bütün edilən dua, ibadət və qurbanların qəbul olunmasını diləyib. 24News.ge xəbər portalına müsahibə verən H. Hacıyev əlavə edib ki, Qurban bayramı münasibətilə İmam Əli (ə) adına olan məscidə xalıqımız və xeyriyyəçi insanlar tərəfindən qurbanlar hədiyyə olunub. O, sözügedən qurbanların bu gün kəsilərək rayon və kəndlərdə az təminatlı ailələrə paylanılacağını bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989