Haqqımızda Reklam


23 
Iyl
2021
17:10
17
5
2200

Ayaz Məmmədov son günlər barəsində yayılan məlumatlara aydınlıq gətirdi

Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət nazirinin Kvemo-Kartli üzrə keçmiş müşaviri Ayaz Məmmədov, vəzifəsindən istefa etdikdən sonra onun barəsində yayılan məlumatlara aydınlıq gətirib. 24News.ge xəbər portalına müsahibə verən A. Məmmədov, hazırda hansısa partiyaya, xüsusəndə Qaxarianın "Gürcüstan Naminə" partiyasına keçməsi barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib. Onun sözlərinə görə, bu kimi məlumatlar dezinformasiyadan başqa birşey deyil: "Hazırda barəmdə yayılan məlumatlar dezinformasiyadır. Mən bundan sonra hansı addımlar atacağamsa mütləq xalqıma və ictimaiyyətə bununla bağlı məlumat verəcəyəm. Xalqım məni harada görmək istəyəcəksə məhs orada onlara xidmət edəcəyəm. Vicdanlı oğullar heç bir vaxt xalqını unutmur və onları tək qoymur", - deyə Ayaz Məmmədov bildirib. A. Məmmədov həmçinin yaxın günlərdə siyasi meydanda qalıb-qalmayacağı barədə və eləcə də digər planları barədə 24News.ge xəbər portalına eksklüziv geniş müsahibə verəcəyini qeyd edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989