Haqqımızda Reklam
23 
Iyl
2021
20:11
20
11
13137

Marneulidə bıçaqlanma hadisəsi baş verib - Saxlanılanlar var (FOTO)

Günün ikinci yarısında Marneulinin Rustaveli 120 ünvanında gənclər arasında insident baş verib. 24News.ge xəbər portalının əməkdaşının hadisə yerindən verdiyi məlumata görə, baş verən insidentə müdaxilə etmək istəyən gənclərdən birinin anası, təsadüfən bıçaqlanıb. Qolundan yaralanan qadın, təcili tibbi yardım briqadası ilə xəstəxanaya çatdırılıb. Hadisə yerinə cəlb olunan hüquq-mühafizə orqanları insidentdə günahgar bilinən 2 gənci saxlayıb, digər bir neçə nəfər isə şahid qismində dindirilib. Baş verən cinayət hadisəsi ilə bağlı araşdırma davam etdirilir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989