Haqqımızda Reklam


24 
Iyl
2021
20:00
17
6
7233

Marneulidə Səadət Butanın 70 illik yubileyi qeyd olunub (VİDEO-FOTO)

Bu gün Maneulidə yerləşən "Ata Holding" mərkəzində Gürcüstan Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə şairə xanım Səadət Butanın, 70 illik yubiley tədbiri keçirilib. 24News.ge xəbər verir ki, yubiley tədbirində siyasətçilər, elm adamları, aşıqlar, şairlər və jurnalistlər iştirak ediblər. Tədbirdə çıxış edən natiqlər şairə xanımın yaradıcılğına nəzər salıb onun mədəniyyət və poeziya sahəsində gördüyü işlərdən danışıblar. Yubiley tədbirinə toplaşan şairlər və aşıqlar, Səadət Butanı şeirlər və aşıq havaları ilə xanımı təbrik edib onun şerlərini səsləndiriblər. Qeyd edək, ki şairə Səadət xanım müxtəlif beynəlxalq tədbirlərdə ölkəmizi təmsil edib. Şairənin bu günə qədər sayca 16 kitabı işıq üzü görüb. O dillər əzbəri olan bir çox mahnıların söz və musiqi müəllifidir. Səadət xanım bu günə qədər öz fəaliyyəti üzrə bir neçə mükafatla təltif olunub bunlardan biri də Gürcüstanın keçmiş prezidenti Eduard Şevernadze tərəfindən "Şərəf medalı"na layiq görülməsidir. Tədbirdən hazırlanan video sujeti aşağıda sizə təqdim edirik:

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989