Haqqımızda Reklam


25 
Iyl
2021
15:32
10
35
2564

Mərkəz rəhbəri: "Ölkədə epidemioloji vəziyyət pisləşir, toylardan, şənliklərdən uzaq durmalıyıq"

"Ölkədəki epidemioloji vəziyyət xeyli çətinləşib. Hazırkı vəziyyət noyabr ayını xatırladır". 24News.ge xəbər verir ki, bu sözləri Xəstəliklərə milli nəzarət xidmətinin rəhbəri Amiran Qamkrelidze deyib. Onun sözlərinə görə, epidemoloji vəziyyətin yaxşılaşdırılması üçün, virusla əlaqədar qaydalara əməl etmək və peyvənd olunmaq lazımdır: "Qaydalara əməl etməli, hər yerdə maska taxmalıyıq. Maskanı bütün qapalı məkanlarda, həmçinin 5 nəfərdən artıq insanın toplaşdığı açıq məkanlarda da taxmalıyıq. Geniş toplantılardan - toylardan, şənliklərdən, konsertlərdən uzaq durmalıyıq. Epidemioloji vəziyyətin daha da pisləşməsini istəmiriksə, qaydaları qorumalıyıq. Ölkədəki bu günkü vəziyyət bizə noyabr ayını xatırladır. Hazırda ölkədə 4 müxtəlif peyvənd vətəndaşlarımız üçün əlçatandır və insanları peyvənd olmağa çağırırıq", - deyə Qamkrelidze əlavə edib. Mərkəz rəhbəri qeyd edib ki, ötən gün "Pfizer" vaksini üçün 153 000 nəfər qeydiyyatdan keçib, hazırda isə təxmini olaraq 10 000 nəfər üçün yer qalıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989