Haqqımızda Reklam
20 
Iyl
2019
05:28
2
0
904

"Ərdoğan Putin vasitəsilə ABŞ-ı çətin vəziyyətdə qoydu"

Türkiyənin Rusiyadan S-400 havadan müdafiə sistemi alması, ABŞ-ın isə buna qarşılıq olaraq Türkiyəni F-35 proqramından çıxarmaq istəyi Ankara-Vaşinqton arasında gərginliyi xeyli artırıb. 24News.ge xəbər verir ki, bu barədə İngiltərənin "Finənşl Tayms" qəzetində məqalə dərc edilib. Qəzet Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə münasibəti vasitəsilə Türkiyəni regional güc faktoruna çevirmək istədiyini bildirib. "Türkiyənin Rusiyanı mənimsəməsi ABŞ-ı çətin vəziyyətdə qoydu" başlığı altında yayımlanan məqalədə S-400 sistemlərinin geosiyasətdə tektonik dəyişikliyə səbəb olduğu vurğulanıb. Bundan əlavə, Osmanlı dövlətinin Rusiya tərəfindən dəfələrlə məğlubiyyətə uğradıldığı, "Soyuq müharibə" dövründə də Türkiyənin NATO tərəfində Rusiyaya qarşı cəbhədə yer aldığı xatırladılıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989