Haqqımızda Reklam
20 
Iyl
2019
11:20
5
1
1106

Saakaşvilinin partiyası Ukraynada keçiriləcək parlament seçkilərində iştirak etməyəcək

Gürcüstanın keçmiş Prezidentin Mixeil Saakaşvili başçılıq etdiyi "Yeni Qüvvələr Hərəkatı" Partiyasının Ukrayna Parlamentinə seçkilərdə iştirak etməyəcəyini bildirib. 24News.ge Report-a istinadən xəbər verir ki, M.Saakaşvili bu addımı Ukrayna Prezidenti Vladimir Zelenskiyə dəstək olaraq atdığını bildirib: “Keçmiş siyasilərə güzəştə getmədən ona çoxluğa nail olması üçün şərait yaratmaq lazımdır”. O, tərəfdarlarını majoritar sistemdə Vladimir Zelenskinin “Xalqın xidmətçisi” hərəkatına səs verməyə çağırıb. Qeyd edək ki, iyulun 21-də Ukraynada növbədənkənar Parlament seçkiləri keçiriləcək. Bu siyasi kampaniyada 21 siyasi patiya və təşkilat iştirak edir. Seçkilər qarışıq sistem – proposional və majoritar qaydalar üzrə keçirilir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989