Haqqımızda Reklam
20 
Iyl
2019
11:39
1
0
252

Səudiyyə Ərəbistanının təhlükəsizliyi ABŞ-a həvalə edilir

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdel Əl Səud ABŞ-a öz ölkəsi ərazisində hərbiçilərin yerləşdirilməsinə icazə verdiyini bəyan edib. 24News.ge xəbər verir ki, bu barədə “Reuters” öz mənbəyinə istinadla xəbər verir. Mənbə bildirib ki, Səudiyyə Ərəbistanına əvvəlcə 500 amerikalı gələcək. Onlar regionda təhlükəsizliyə nəzarət edəcək və ölkəni təhdid edən müxtəlif təhlükələrin qarşısını alacaqlar. Son məlumatlara əsasən, ABŞ ordularının Səudiyyə Ərəbistanına göndərilməsi əməliyyatına artıq başlanılıb. Qeyd edək ki, ABŞ Səudiyyə Ərəbistanında qoşun yerləşdirilməsi barədə danışıqlara İranla münasibətlərin kəskinləşməsi fonunda başlamışdı.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989