Haqqımızda Reklam
20 
Iyl
2019
13:03
3
2
405

"Rustavi2"nin yeni rəhbəri Rusiya prezidentini təhqir edən jurnalisti işdən azad etməyəcək

Gürcüstanda Rusiya prezidenti Vladimir Putini efirdə təhqir edən “Rustavi 2” televiziya kanalının əməkdaşı və tok şou aparıcısı Giorgi Qabunia işdən azad olunmayacaq. 24News.ge xəbər verir ki, bu barədə kanalın yeni baş direktoru Paata Salia jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinəg görə, G.Qabunia ilə bağlı qəbul olunmuş iki aylıq məhdudiyyət başa çatandan sonra jurnalist “Rustavi 2”də işini davam etdirəcək. Kanal əməkdaşının fəaliyyətinin məhdudlaşdırılması barədə qərara yenidən baxılmasına gəlincə, P.Salia bu məsələnin müzakirəsinə əsasın olmadığını deyib: “Hesab edirəm ki, Giorgi Qabunia ilə bağlı qəbul edilən qərarla bağlı cəmiyyətdə böyük konsensus olub”. Qeyd edək ki, G.Qabunia iyulun 7-də aparıcısı olduğu “Postskriptum” proqramında Rusiya prezidenti V. Putinin ünvanına rus dilində qeyri-etik ifadələr işlədib, söyüş söyüb. Qalmaqallı proqram Gürcüstan cəmiyyətində ciddi narazılıqlara səbəb olub. “Rustavi 2” kanal rəhbərliyinin 8 iyul tarixli qərarı ilə jurnalist iki ay müddətinə vəzifəsindən uzaqlaşdırılıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989