Haqqımızda Reklam
20 
Iyl
2019
12:59
0
3
569

Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb

Bu ilin yanvar-iyun aylarında Gürcüstanda bir Azərbaycan vətəndaşı itkin düşüb. 24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin statistik məlumatında bildirilib. Azərbaycan vətəndaşının axtarışları davam etdirilir. Hesabat dövründə ölkədə 4 Səudiyyə Ərəbistanı, 8 Belçika vətəndaşı, 1 Qazaxıstan vətəndaşı və 2 Rusiya vətəndaşı itkin düşüb. Səudiyyə Ərəbistanı vətəndaşlarının 2-si, Belçika vətəndaşlarının 4-ü, Rusiya vətəndaşlarının isə 1-i sağ-salamat tapılıb. İtkin düşən Gürcüstan vətəndaşlarının sayı isə 130 nəfər təşkil edib. Onların 41-i sağ-salamat, 5-i isə ölü tapılıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989