Haqqımızda Reklam
20 
Iyl
2019
15:31
3
1
1502

Regionda vəziyyət gərginləşir – 500 hərbiçi göndərilir

ABŞ İrandan gələcək təhlükələrdən dolayı Səudiyyə Ərəbistanına hərbiçi göndəriləcəyini açıqladı. 24News Tabula.ge-yə istinadən xəbər verir ki, Pentaqon İran tərəfdən gözlənilən real təhlükdən dolayı Səudiyyə Ərəbistana hərbiçi göndərəcək. Səudiyyə Ərəbistanı rəsmiləri isə "təhlükəsizlik və regionun stabilliyi üçün" ABŞ-ın bu addımını dəstəklədiyini bildirib. ABŞ mətbuatı Patriot hava müdafiə sistemi və 500 hərbiçinin Səudiyyə hərbi bazalarına göndəriləcəyini yazır. Bundan əlavə, F-22 döyüş təyyarələrinin göndərilməsi də nəzərtə tutulur. Qeyd edək ki, ABŞ və İran arasında münasibətlər son aylarda Prezident Donald Trampın İranla 2015-ci ildə imzalanan kimyəvi silah müqaviləsinin ləğvi və İran əleyhinə yenidən sanksiyalar tətbiq etdikdən sonra xüsusilə gərginləşmişdir. Cavab olaraq rəsmi Tehran İranın uranı zənginləşdirəcəyinə davam edəcəyini açıqlamışdı. İki ölkə münasibətləri xüsusilə 19 iyul tarixində İran körfəzində, Hörmüz boğazı yaxınlığında ABŞ hərbiçiləri tərəfindən İranın pilotsuz aparatının vurulmasıyla gərginləşmişdir. 20 iyul tarixində isə İranın Hörmüz boğazında Böyük Britaniyaya məxsus iki tankeri nəzarətə aldığı xəbərləri yayılmışdır. ABŞ donanmasının generalı Jozef Danpord bəyanat yayaraq, İran və Yəmən ətrafı sularda "sərbəst hərəkəti təmin etmək üçün" Beynəlxalq hərbi kualisiya yaratmaq istəkləri olduğunu açıqlamışdı. Onun sözlərinə görə, artıq ABŞ bir neçə ölkəylə bu haqqda danışıqlar aparır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989