Haqqımızda Reklam
13 
Sen
2021
11:23
8
16
2624

Bu gündən etibarən peyvənd olunan şəxslərə lotereya vasitəsi ilə pul mükafatı veriləcək

Bu gündən etibarən ölkədə peyvənd edilən insanlar həvəsləndiriləcək və onlara lotereyalar vasitəsi ilə pul mükafatı veriləcək. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstanın milli lotereya kompaniyası məlumat yayıb. Məlumatda qeyd olunub ki, lotereya həm gündəlik, həm də həftəlik oynanılacaq və nəhayət, dekabrın 31-də final mərhələsi keçiriləcək. Məlumata əsasən, hər gün 160-a yaxın mükafat oynanılacaq. Gündəlik 100-500 lari, həftəlik - 1000, 1500, 5000 və 10 000 lari məbləğində mükafatlar oynanılacaq. İlin sonunda yekun lotereya olacaq və bu mükafat fondu 100.000 lari təşkil edəcək. Vətəndaşlar əldə etdiyi mükafat barədə məlumatları xüsusi olaraq yaradılmış stopcov.lotto.ge veb sayt vasitəsilə alacaqlar. Veb saytda qaliblər haqqında məlumatlar yerləşdiriləcək, qaliblərin adları və soyadının ilk hərfləri, istifadəçinin hansı peyvəndlə və hansı şəhərdə peyvənd edildiyi, həmçinin sifariş kodu göstəriləcək. Qeyd edək ki, ümumi mükafat fondu 2.800.000 laridir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989