Haqqımızda Reklam
13 
Sen
2021
21:56
20
5
1304

24News.ge internet televiziyası, mer və bələdiyyə deputatlığına namizədləri canlı efirdə teledebata dəvət edir

Ölkəmizdə geniş tamaşaçı və oxucu auditoriyasına sahib olan 24News.ge xəbər portalı və internet televziyası, mer və bələdiyyə deputatılığına namizədləri canlı efirdə teledebata dəvət edir. İstənilən partiyanın namizədləri, xəbər portalımıza müraciət edərək internet televiziyamızda yayımlanan "Seçkiyə Doğru" verilişində teledebatlarda iştirak edə bilərlər. Bildiyiniz kimi, bütün demokratik ölkələrdə debatlar seçkilərin ayrılmaz hissəsidir. Bu vasitə ilə vətəndaşlar qarşısında namizədlər öz fikirlərini ifadə edir və onlara düzgün seçim etmək imkanı verir. Ümid edirik ki, namizədlər vətəndaşlara hörmət edərək təklifimizə müsbət cavab verib xalq qarşısında öz düşüncələrini və planlarını təqdim edəcəklər. Qeyd edək ki, teledebatlar ödənişsiz olaraq namizədlərin ixtiyarına verilir. Xatırladaq ki, 2 oktyabr tarixində ölkədə mer və bələdiyyə deputatlığına seçkilər keçiriləcək.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989