Haqqımızda Reklam
23 
Sen
2021
16:00
43
5
4151

Dmanisidə baş vermiş insidentə görə Melia ilə Kobaxidze arasında qarşıdurma yaşanıb (VİDEO)

Hakim “Gürcü Arzusu” Partiyasının sədri İrakli Kobaxidze və müxalif “Vahid Milli Hərəkat” Partiyasının sədri Nika Melia arasında qarşıdurma yaşanıb. 24News.ge xəbər verir ki, insident Tbilisidə Avropa İttifaqının ofisinin qarşısında baş verib. İnsidentə səbəb, iki gün öncə Dmanisidə baş vermiş qarşıdurma zamanı müxalifətin 2 üzvünün yaralanması olub. Partiya sədrləri Avropa İttifaqının ofisinin qarşısında ilk öncə müsahibə veriblər, ardından Nika Melia İrakli Kobaxidzenin yanına gedib, bu zaman Dmanisidə baş verən hadisədə müxalifəti təxribatda günahlandırdığını xatırladıb və ona vicdansız, namussuz və İvanişvilinin qulu olduğunu deyib. Nika Melyaya cavab olaraq isə İrakli Kobaxidze, müxalifətçini təxribatda ittiham edərək onu ağılsız, çirkli və xuliqan adlandırıb. Qeyd edək ki, “Gürcü Arzusu”nun sədri Aİ-nin ofisində Avropa ölkələrinin Gürcüstandakı səfirləri ilə görüşüb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989