Haqqımızda Reklam
25 
Sen
2021
12:32
18
20
2199

Baş nazir BMT tribunasından dünya liderlərinə səsləndi: "Rusiyanın işğalını bitirək"

Baş nazir İrakli Qaribaşvili Birləşmiş Millətlər Təşkilatının (BMT) 76-cı sessiyasında çıxış edib. 24News.ge xəbər verir ki, çıxışı zamanı Baş nazir Gürcüstan ərazilərinin Rusiya tərəfindən işğalı faktına diqqət çəkib. O, vurğulayıb ki, Rusiya Gürcüstanın təkcə 20%-ni işğal etməyib: "Rusiya təkcə bizim ərazilərimizin 20%-ni işğal etməyib, həm də bizim Avropa və Avroatlantik ailələrinə üzv olmağımızı ayaqlar altına atmaq istəyir. Bizim uzunmüddətli mübarizəmiz hər gün problemlərlə üzləşir. Biz öz torpağımızda, Abxaziya və Çxinvali regionlarında humanitar fəlakətə şahidlik edirik. Bunun məsuliyyəti yalnız işğalçı qüvvənin üzərinə düşür. Bu il, insan hüquqları üzrə Avropa məhkəməsi tərəfindən alınan qərara əsasən, Rusiya Federasiyası Gürcüstanın bu iki regionunu işğal edən və buraya real olaraq nəzarət edən ölkə kimi qəbul edildi. Buna görə də Gürcüstanın Abxaziya və Çxinvali regionlarında insan hüquqlarının pozulmasının məsuliyyəti Rusiyanın üzərinə düşür. Bu gün buradan beynəlxalq cəmiyyətə səslənirəm, işğal altındakı ərazilərdə beynəlxalq hüququn fundamental prinsiplərinin pozulmasına birlikdə müdaxilə edək. Vahid səylərimiz nəticəsində 2008-ci ilin avqust ayında Avropa İttifaqının vasitəçiliyi ilə atəşkəsin təmin edilməsi barəsindəki razılaşmanı həyata keçirilməsinə təkan verək. Rusiya tərəfindən Gürcüstanın süveren ərazilərinin işğalını sona çatdıraq. Gürcüstan torpağı günədlik olaraq canlı aneksiya və qanunsuz sərhətçəkmə problemi ilə üzləşir", - deyə İ. Qaribaşvili çıxışında bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989