Haqqımızda Reklam
26 
Sen
2021
11:10
14
7
2324

Son sutka ərzində ölkə üzrə koronavirusa yoluxanların sayı...

Ölkədə koronavirusa yoluxma sayında ötən günlə müqaisədə bu gün qismən azalma müşahidə olunub. 24News.ge xəbər verir ki, son 24 saat ərzində ölkə üzrə 1 132 yeni yoluxma qeydə alınıb. Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 2 956 nəfər sağalıb. Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 606 492 nəfərə çatıb. Onlardan 576 498 nəfəri isə tam olaraq sağalıb. Bu gün virusdan 30 nəfərin ölməsi ilə bərabər ümumilikdə 8 817 nəfər həyatını itirib. Hazırda ölkə üzrə karantin rejimində 45, stasionar nəzarətdə 4 602 nəfər var. 840 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır. Xatırladaq ki, ötən gün ölkə üzrə 1 597 yoluxma halı qeydə alınmışdı.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989